Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arası Avropa çempionatının 6-cı turu arxada qalıb. Bu turda kişi və qadınlardan ibarət millimiz Ermənistanla qarşılaşıb.
Kişi şahmatçılarmız 2,5:1,5 hesabıyla qələbə qazanıb. Şəhriyar Məmmədyarov görüşü qələbə ilə başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçə oynayıblar. Bu qələbədən sonra komandamızın hesabında 9 xal var.
Qadın şahmatçılarmızda ermənilər məğlub ediblər – 3:1. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva sülh bağlayıblar. Hazırda qadın şahmatçılarmızın hesabınds 8 xalı var. Sonda onuda qeyd edək ki, qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.