“Sabah”ın Çempionlar Liqasını qələbə ilə başa vurdu

12.04.26 | 15:53
Digər növlər

“Sabah”ın U-18 komandası Bosniya və Herseqovinanın Laktaşi şəhərində keçirilən Gənclər Çempionlar Liqasında (YCL) çıxışını başa vurub. Turnirin son günündə 7-8-ci yerlər uğrunda mübarizə aparan “gənc bayquşlar” Türkiyənin köklü klublarından olan “Tofaş” ilə üz-üzə gəliblər.

Görüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan təmsilçimiz, oyunun sonuna qədər tempini düşürməyərək rəqibini böyük hesabla məğlub edib. Matçın dörddəbir göstəriciləri “Sabah”ın tam dominantlığını əks etdirir: Sabah U-18 – Tofaş U-18 86:60 (24:18, 24:12, 21:16, 17:14).

“Sabah” bu mötəbər turnirdə gərgin və maraqlı yol qət edib. Qrup mərhələsində təmsilçimiz Almaniyanın “Porşe BBA Lüdviqsburq” klubuna qalib gəlsə də (72:61), Bosniya və Herseqovinanın “İgokea” kollektivinə (58:88) məğlub olub.

5-8-ci yerlər uğrunda görüşdə Bosniyanın digər təmsilçisi “Borats” ilə qarşılaşan basketbolçularımız, mübariz oyunda rəqibinə 60:67 hesabı ilə uduzublar.

Yekun olaraq, “Tofaş” üzərindəki parlaq qələbə ilə “Sabah” U-18 komandası turniri 7-ci pillədə tamamlayıb.

Paylaş:

Xəbər Lenti

FİFA-dan bilet şoku: qiymətlər astronomik həddə çatdı!

13.04.26 | 15:17

Avropa çempionatında üç şahmatçımız liderlər qrupunda qərarlaşıb

13.04.26 | 14:36

Portimao-2024: Ölkəmizin batut və tamblinq gimnastikasında tarixi sıçrayışı

13.04.26 | 14:55

Ozobiçdən tarixi nailiyyət: Kvaratsxeliyanın 71 qolluq rekordu yeniləndi

13.04.26 | 14:17

Basketbolçumuz ÇL-in “rəmzi beşliyi”nə düşüb

13.04.26 | 14:14

“Sabah”ın 350-ci qolu: İqor Noqeyra tarixə düşdü

13.04.26 | 13:59

Premyer Liqada 16 illik həsrət bitdi: İkinci yerli het-trik!

13.04.26 | 13:23

“Bazel”də yanğın: Liderlə oyun təxirə salındı

12.04.26 | 22:41

Saşa İliç: “Beskorovaynıy ilə münaqişə xəbəri feykdır”

12.04.26 | 22:41

Kurban Berdıyev: “Hər şey Allahın əlindədir, bizim üçün ən vacibi növbəti oyundur”

12.04.26 | 22:03

“Turan” Tovuza qayıdışı qələbə ilə qeyd etdi

12.04.26 | 19:47

Kaxaber Tsxadadze: “Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik”

12.04.26 | 19:51

Jorje Kaşkilya: “0:7 gözləyənlərə cavabımız budur!”

12.04.26 | 19:16

“Qəbələ”dən sönük oyun və məğlubiyyət

12.04.26 | 15:01

“Sabah”ın Çempionlar Liqasını qələbə ilə başa vurdu

12.04.26 | 15:53

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20