“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54
Ölkə futbolu

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas Millətlər Liqasının yeni mövsümünün püşkatma nəticələrini dəyərləndirib. Litva seçməsi D2 qrupunda millimiz və Lixtenşteyn ilə mübarizə aparacaq. Litva Futbol Federasiyasının rəsmi saytına açıqlama verən mütəxəssis rəqiblər barədə bunları deyib: “Püşkatmanın nəticələrindən şikayətçi deyilik. Bilirik ki, qrupumuzdakı rəqiblərə qalib gəlmək mümkündür. Təbii ki, bizi asan oyunlar gözləmir, lakin yenidən C divizionuna yüksəlmək üçün var gücümüzlə çalışacağıq.

Şübhəsiz ki, Azərbaycan komandası Lixtenşteynlə müqayisədə daha yüksək səviyyəlidir. Onların heyətində ciddi avrokubok təcrübəsi olan futbolçular var. Xüsusilə “Qarabağ” nümayiş etdirdiyi futbolla tez-tez Avropanı təəccübləndirməyi bacarır. Bu klub yerli çempionatın flaqmanıdır və milliyə hamıdan çox oyunçu göndərir.

Azərbaycanın texnikalı futbol oynayan, “cənub tipli” bir komanda olduğunu bilirik. Son illər onlar üçün o qədər də uğurlu keçməsə də, düşünürəm ki, hazırda nəticələrdən narazıdırlar və daha çoxuna can atırlar. Bu qrupda hər kəsin hədəfi birdir: yuxarı diviziona qalxmaq.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla məsləhətləşəcəyəmmi? Əlbəttə, Valdasla danışacağıq. Onun rəhbərlik etdiyi komandanın bir neçə üzvü Azərbaycan millisinin heyətində çıxış edir. Matçlara tam hazır olmaq üçün lazım olan bütün məlumatları toplayacağıq”.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11