“Sabah”ın 350-ci qolu: İqor Noqeyra tarixə düşdü

13.04.26 | 13:59
Ölkə futbolu

“Sabah” klubu Premyer Liqada özünün məhsuldarlıq rekordunu yeniləyərək önəmli bir həddi geridə qoyub. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində 350-ci qoluna imza atıb.

Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, “bayquşlar”ın yubiley qolu Premyer Liqanın XXVII turuna təsadüf edib. “Zirə” ilə keçirilən gərgin qarşılaşmada (2:2) komandanın müdafiəçisi İqor Noqeyra rəqib qapısına yol taparaq adını klubun tarixinə 350-ci qolun müəllifi kimi yazdırıb.

“Sabah” bu göstəriciyə ümumilikdə çıxdığı 239 oyunda nail olub.

350 qolluq yubileyə gedən yolda paytaxt təmsilçisi çıxdığı hər qarşılaşmada orta hesabla 1,46 qol vurmaqla kifayət qədər stabil məhsuldarlıq nümayiş etdirib. Komanda bu qollardan 183-nü ev, 167-ni isə səfə oyunlarında vurub.

Xatırladaq ki, “Sabah” ölkə çempionatları tarixində 350 qol həddini keçməyi bacaran 13-cü klub olub. Klubun Premyer Liqadakı qol hesabını açan ilk sima isə unudulmaz hücumçu Marko Deviç olub. O, 12 avqust 2018-ci il tarixində “Keşlə” (hazırkı “Şamaxı”) ilə oyunda komandasının ilk qoluna imza ataraq bu böyük yolun təməlini qoyub.

Paylaş:

Xəbər Lenti

FİFA-dan bilet şoku: qiymətlər astronomik həddə çatdı!

13.04.26 | 15:17

Avropa çempionatında üç şahmatçımız liderlər qrupunda qərarlaşıb

13.04.26 | 14:36

Portimao-2024: Ölkəmizin batut və tamblinq gimnastikasında tarixi sıçrayışı

13.04.26 | 14:55

Ozobiçdən tarixi nailiyyət: Kvaratsxeliyanın 71 qolluq rekordu yeniləndi

13.04.26 | 14:17

Basketbolçumuz ÇL-in “rəmzi beşliyi”nə düşüb

13.04.26 | 14:14

“Sabah”ın 350-ci qolu: İqor Noqeyra tarixə düşdü

13.04.26 | 13:59

Premyer Liqada 16 illik həsrət bitdi: İkinci yerli het-trik!

13.04.26 | 13:23

“Bazel”də yanğın: Liderlə oyun təxirə salındı

12.04.26 | 22:41

Saşa İliç: “Beskorovaynıy ilə münaqişə xəbəri feykdır”

12.04.26 | 22:41

Kurban Berdıyev: “Hər şey Allahın əlindədir, bizim üçün ən vacibi növbəti oyundur”

12.04.26 | 22:03

“Turan” Tovuza qayıdışı qələbə ilə qeyd etdi

12.04.26 | 19:47

Kaxaber Tsxadadze: “Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik”

12.04.26 | 19:51

Jorje Kaşkilya: “0:7 gözləyənlərə cavabımız budur!”

12.04.26 | 19:16

“Qəbələ”dən sönük oyun və məğlubiyyət

12.04.26 | 15:01

“Sabah”ın Çempionlar Liqasını qələbə ilə başa vurdu

12.04.26 | 15:53

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20