Sabah El-Klassikodur!

25.10.25 | 15:19
Dünya futbolu

Sabah bütün nəzərlər İspaniyaya yönələcək. Belə ki, La Liqanın növbəti turu çərcivəsində futbol dünyasının iki əbədi rəqibi “Real”lla “Barselon”a üz-üzə gələcək. “El-klasiko” ərəfəsində hər iki komandanın heyətilə bağlı problem var. İspaniya futbol nəhənglərinin düşərgəsindəki ən son xəbərləri sizinlə bölüşmək istərdik.

Real
Dörd oyunçunun heyətə dönüşü klub azarkeşlərinin nikbinliyinə əsası verir. Klub Trent Alexander-Arnold, Dani Karvaxal, Dina Heysen və Dani Sebalyosun “Barsa”yla oyuna çıxmağa hazır olduqlarını bildirib. Bu isə Xabi Alonsoya sağ cinah müdafiəçisi mövqeyində meydana uyğun oyunçunu çıxarmak imkaninı verir. Federiko Valverde isə klassikoda yarımmüdafiəçi mövqeyində oynamağa hazırlaşır. Belədə, Alonsonun Trenti və ya Karvaxalı, hətta hər ikisini qorumaq üçün ehtiyatda saxlamaq variantı istisna olunmur. Düzdür, “ağlar”ın tibbi heyətinin fikir daha önəmli olacaq. İlk öncə onlar futbolçuların bədənlərinin gərginliyə necə reaksiya verdiyini qiymətləndirməlidir. “Barselona” ilə oyun çox vacib olsa da, mövsümün bu mərhələsidə həlledici deyil. Bu üzdən Alonso oyunçularını qorumağı da düşünəcək. Trent və Karvaxalın tam məşq etməsi, Valverdenin deyil, onlardan birinin sağ cinah müdafiəçisi mövqeyində oynayacağından xəbər verir. Heysenin zədəsi əvvəlcə yüngül olduğu və “El Klasiko”ya qədər sağalacağı deyilirdi. İndi isə əksinə onun ehtiyatda qalacağı söylənilir. Deyilənlərə baxmayaraq güman ki, mərkəz müdafiəçisi mövqeyində Eder Militao ilə birlikdə məhz Heysen oynayacaq.
Raul Asensio Çempionlar Liqasında “Yuventus”la görüşün sonuna yaxın əvəzlənmək istəməsi klub düşərgəsində ajiotaja səbəb oldu. Ancaq sonradan onun zədələnmədiyi, bunun sadəcə qıcolma olduğu bildirildi. Asensio həmişəki kimi “Barselona” ilə oyuna hazırlaşır. Heysen start heyətdə yer almasa, yəqin ki, onun yerində Asensio oynayacaq. Antonio Rüdigerlə David Alabanın “El Klassiko”nu buraxacağı şübhə doğurmur. Onların komandanın sıralarına payızın sonu və ya qışın əvvəlində dönəcəkləri ehtimal olunur. Apreldə Kral Kuboku finalında zədələnən Ferlan Mendi artıq komanda ilə birgə məşqlərə başlayıb. Ancaq fransız futbolçunun optimal formasını bərpa etmək üçün zamana ehtiyacı var. Mendi adı “Yuventus”lə görüçdə iştirak ərizəsinə salınsa da, gözlənildiyi kimi meydana çıxmadı. Üstəlik, Alvaro Karreras heyətdə mövqeyini möhkəmlədib və La Liqa bu mövsümü mümkün 810 dəqiqədən 802-ni meydanda olub.

“Barselona”

“El Klassiko” öncəsi “Barselona”nın problemləri daha ciddir. Çətinliklər ehtiyat oyunçular skamyasında başlayır. “Jirona” ilə oyunda qırmızı vərəqə alan baş məşqçi Hans-Dieter Flik komandasının yanında olmayacaq. Kataloniyalılar İspaniya Kral Futbol Federasiyasına qırmızı vərəqənin ləğviylə bağlı bir neçə dəfə apellyasiya şikayəti versələr də, qarşı tərəfdən rədd cavabı aldılar. Komandaya gəldikdə isə, son günlərin ən böyük məyusluğu cinah oyunçusu Rafinyanın “El Klassiko”ya hazır olmaması xəbəridir. İspaniya mətbuatının yazdığına görə, braziliyalı cümə günü testlərdən keçib və bu, onun oynaması üçün hələ tez olduğunu göstərib. Rafinya altıncı oyununu buraxmalı olacaq. Oktyabrda Polşa ilə oynuda zədələnən Robert Levandovski də “El Klassiko”nu tribunadan izləyəcək. Onun ən tezi noyabrın ortalarındai dönəcəyi gözlənilmir. Ferran Torresin oyuna çıxmağa hazır olması “Barsa” fanatlarını nikbinliyini artırır. Düzdü, Çempionlar Liqasında “Olimpiakos”a qarşı oyunda heyətdə olsa da, meydana çıxmadı. Torresin “El Klasiko”da start heyətdə yer alacağı şübhə doğurmur. “Barselona”nın yarımmüdafiə xəttində itki var. Dani Olmonun İspaniya yığmasında aldığı zədəsi hələ də sağalmayıb. Bu həftə Çempionlar Liqasında het-trik edən Fermin Lopez, çox güman ki, yenidən start heyətində olacaq. Sentyabrda dizinddə əməliyyatı olunan Qavi yazadək dönməyəcək. Frenki de Yonq və müdafiəçi Andreas Kristensen bu yaxınlarda infeksiya səbəbindən məşqləri buraxıblar. İndi hər iksinin durumu yaxşıdır və artıq məşqlərə başlayıblar. Lakin qapıçılar Joan Qarsiya və Mark-Andre ter Ştegen zədəlilər siyahısında qalırlar. Qapını yenidən Voyçex Şçesni qorumalı olacaq.

Paylaş:

Xəbər Lenti

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03

Şahruddin və digər borclar komandanı bitirdi

13.02.26 | 07:48

TV PROQRAM

13.02.26 | 00:29

İrlandiya İsrail boykotundan niyə vaz keçdi?

13.02.26 | 00:32

Arda Gülərdən sərt cavab: “Real” mənim ailəmdir”

13.02.26 | 00:09

Ayxan Abbasovun hədəfi bəllidir: “Məqsədimiz yenidən C divizionuna qayıtmaqdır”

13.02.26 | 00:34

UEFA Millətlər Liqası 2026/27: Qrup mərhələsinin püşkatma nəticələri

13.02.26 | 00:40

Juninyodan etiraf: “Meksikada özümü “Qarabağ”dakı kimi hiss edirəm”

12.02.26 | 18:46

Ulduz futbolçuya qarşı irqçilik: Mario Balotelli üsyan etdi

12.02.26 | 18:01