“Sabah” futbol klubu təcrübəli müdafiəçisi Bojan Letiçlə vidalaşıb. Tərəflər arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.
Letiç paytaxt klubu üçün sıradan bir transfer deyil, əsl klub əfsanələrindən biri idi. 2022-ci ilin fevralından bəri 125 oyuna çıxan bosniyalı futbolçu, klub tarixində ən çox forma geyinən ikinci oyunçudur. Onun “Sabah” forması ilə vurduğu avrokuboklardakı ilk qol isə azarkeşlərin yaddaşında xüsusi yer tutub. 33 yaşlı oyunçu burada keçirdiyi müddətdə Premyer Liqanın hər iki növ medalını (gümüş və bürünc) qazanmaqla yanaşı, ölkə kubokunun sevincini də yaşayıb.