Türkiyə-Yunanıstan prinsipial qarşılaşması
Basketbol üzrə Avropa çempionatını finiş xəttinə yaxınlaşmaqdadır. Xatırladaq ki, əvvəlcə turnirin oyunları Latviya, Finlandiya, Polşa və Cənubi Kipirdə keçirilird. Pley-off mərhələsi oyunları yalnız Litvanın paytaxtı Riqada keçirilir.
“Xiaomi Арене”də baş tutan görüşlərdən sonra yarımfinalçıların adına aydınlıq gəlib. 1/4 finalın ilk oyun günündə Polşanı məğlub edən (91:77) Türkiyənin rəqibi Yunanıstan olacaq. Yunanlar Litvanı 87:76 hesabıyla məğlub edib. Daha sonra ¼ finalın digər cütlüklərində Finlandiya Gürcüstanı 93:79, Almaniya Sloveniyanı 99:91 yendi.
Beləliklə, sabah keçiriləcək yarımfinallarda bu cütlər qarşılaşacaq: Almaniya – Finlandiya və Yunanıstan – Türkiyə.
