Sərdar Azmun siyasi təzyiqlərin hədəfində

28.03.26 | 22:19
Dünya futbolu

İran futbolunun ən parlaq simalarından biri, yığmanın hücum xəttinin lideri Sərdar Azmun ciddi problemlərlə üz-üzədir. Ölkədə baş verən hadisələrə münasibəti və hökumət əleyhinə paylaşımları səbəbindən ulduz futbolçunun həm karyerası, həm də şəxsi mülkiyyəti təhlükə altına düşüb.

İranın yarım-rəsmi xəbər agentliklərinin yaydığı məlumata görə, ədliyyə orqanları hökuməti açıq şəkildə tənqid edən 16 nəfərlik xüsusi siyahı hazırlayıb. Bu siyahıda yer alan əsas adlardan biri də məhz Azmundur. Futbolçunun etiraz aksiyalarına dəstək verməsi rəsmi Tehranın kəskin reaksiyasına səbəb olub. İran ədliyyəsi bəyan edib ki, dövlət əleyhinə çıxış edən məşhur şəxslərin ölkə daxilindəki bütün daşınmaz əmlakı və aktivləri müsadirə oluna bilər.

Azmunun siyasi mövqeyi onun yaşıl meydanlardakı taleyinə də təsirsiz ötüşməyib. 31 yaşlı təcrübəli forvard Dünya Çempionatına hazırlıq çərçivəsində keçirilən son oyunların heyətinə daxil edilməyib. İdman dairələrində gəzən şayiələrə görə, ulduz futbolçunun qarşıdakı mötəbər turnirdə iştirak şansı minimuma enib.

Milli formanı geyindiyi 91 matçda rəqib qapılarına 57 yol tapan Azmun, İran yığmasının tarix boyu ən çox qol vuran ikinci futbolçusu statusunu daşıyır.

Hazırda BƏƏ-nin “Şhabab Əl-Əhli” klubunda çıxış edən Azmun, daha əvvəl “Roma”, “Bayer” və “Zenit” klublarında top qovub.

Azmunun yoxluğu milli komandanın nəticələrinə də dərhal təsir edib. Təhlükəsizlik səbəbindən İordaniyadan Türkiyəyə (Antalya) köçürülən yoldaşlıq görüşündə İran millisi Nigeriyaya 2:1 hesabı ilə məğlub olub. Hücum xəttindəki kəskinlik itkisi və komanda daxilindəki mənəvi gərginlik idman mediasının diqqətindən yayınmayıb.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11