Rəşad Eyubov: “Gücümüz yalnız ilk hissəyə çatdı”

27.03.26 | 20:07
Ölkə futbolu

Ölkəmizin U-21 komandasının baş məşqçisi Rəşad Eyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliyaya qarşı keçirilən oyunu (0:4) şərh edib.

Xəbər verir ki, mütəxəssis komandasının oyununu iki fərqli hissəyə bölüb və məğlubiyyətin əsas səbəblərini açıqlayıb.

Matçın startında komandanın nizam-intizamlı göründüyünü vurğulayan Eyubov, fasilədən sonra gərginliyin azaldığını bildirib: “İlk hissədə oyun intizamımız və motivasiyamız yüksək səviyyədə idi. Lakin təəssüf ki, ikinci yarıda bu konsentrasiyanı itirdik. Komandada müəyyən arxayınlıq yarandı. Əsas problemimiz isə standart vəziyyətlərdir – qapımızda gördüyümüz qolların üçünü məhz belə epizodlardan buraxdıq. İlk hissəyə görə futbolçularıma təşəkkür edirəm, amma ikinci yarıdakı çıxışımız qənaətbəxş deyil”.

Səfərdəki 0:5 hesablı məğlubiyyətlə müqayisədə Bakıdakı 0:4 hesabını “proqress” adlandırmaqla razılaşmayan baş məşqçi, nəticəyə realist yanaşdığını qeyd edib: “Məğlub olmuşuqsa, deməli, pis oynamışıq. İdman prinsiplərinə görə mənfi inkişaf deyə bir anlayış yoxdur. Rəqib ötən oyunda 5 qol vurmuşdusa, bu gün 4 dəfə fərqləndi. Bu, irəliləyiş sayıla bilməz”.

İlk hissədəki qolsuz heç-heçənin niyə sona qədər qorunub saxlanılmadığına toxunan mütəxəssis, rəqibin sürət üstünlüyünü etiraf edib: “Bu, ilk növbədə oyunun intensivliyi ilə bağlıdır. Portuqaliya kimi rəqiblərin diktə etdiyi tempə uyğunlaşmaq çox çətindir. Bizim enerjimiz yalnız ilk 45 dəqiqəyə kifayət etdi. Futbolçuları optimal fiziki formaya çatdırmağa çalışsaq da, bu səviyyəli oyun üçün resurslarımız yetərli olmadı”.

Eyubov hücum xəttinin kəsərsizliyi və hava şəraiti ilə bağlı sualları isə qısa cavablandırıb: “Hava hər iki komanda üçün eyni idi, bunu bəhanə edə bilmərik. Hücuma gəlincə, əgər qol buraxmırsansa, oyun 0:0 bitir və sən ən azı bir xal qazanırsan. Biz isə müdafiədəki səhvlərə görə bu şansı itirdik”.

Paylaş:

Xəbər Lenti

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48