Rza Cəfərov “legioner” olmağa hazırlaşır

15.01.26 | 18:43
Ölkə futbolu

“Neftçi”nin və millinin gənc qapıçısı Rza Cəfərovun karyerasını xaricdə davam etdirmək variantı yenidən gündəmə gəlib. 20 yaşlı qolkiperin xidmətində Finlandiyanın ən titullu klubu olan HİK maraqlıdır. Karyerasında yeni səhifə açmağa müsbət yanaşan Rza Cəfərov üçün əsas meyar daimi çıxış edə biləcəyi komandada yer almaqdır. Məhz bu səbəbdən o, ölkə daxilindən gələn təkliflərə tələsik cavab vermir. “Radarlar” Cəfərovu heyətinə qatmaq istəsə də, gənc qapıçı orada Salahat Ağayevin rəqabəti fonunda ehtiyatda qalmaq riskini nəzərə alaraq qərar verməyə tələsmir. İstedadlı qapıçının “Neftçi” ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Bu isə o deməkdir ki, HİK və ya hər hansı digər klub transfer üçün “ağ-qaralar”la  razılığa gəlməlidir.

Rza Cəfərovun HİK-ə keçidi reallaşarsa, o, son illərdə Avropaya yollanan azsaylı azərbaycanlı qapıçılardan biri olacaq. Finlandiya çempionatı gənc futbolçular üçün Avropanın daha böyük liqalarına (məsələn, Skandinaviya və ya Belçika) keçid etmək üçün əla tramplin hesab olunur.  HİK-in mütəmadi olaraq avrokubokların qrup mərhələsində çıxış etməsi Cəfərovun beynəlxalq təcrübə qazanması baxımından böyük üstünlük ola bilər.

Paylaş:

Xəbər Lenti

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48