“Turan-Tovuz”un qapıçısı Sergey Samok Premyer Liqada nadir rast gəlinən göstəricilərdən birinə imza atıb. Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, rusiyalı qolkiper çempionatda meydana çıxdığı ardıcıl 8-ci oyunda da qapısını toxunulmaz saxlayıb.
Mövsümün 23-cü turu çərçivəsində keçirilən “Neftçi” ilə qarşılaşmada (1:0) inamlı oyunu ilə seçilən Samok, cari çempionatda şans qazandığı 6 matçın heç birində qol buraxmayıb. Maraqlıdır ki, qapıçının “quru seriyası” ötən mövsümün son iki turundan başlayıb.
Sergey Samok sonuncu dəfə 2024/2025-ci illər mövsümünün 34-cü turunda, konkret olaraq 2025-ci il mayın 10-da “Neftçi” ilə ev oyununda (1:2) topu tordan çıxarıb. Həmin vaxt rəqib hücumçusu Dembo Darbo 32-ci dəqiqədə fərqlənməyi bacarmışdı. Bu qoldan sonra qapısını “qıfıllayan” Samok, hazırda şəxsi rekordunu 778 dəqiqəyə çatdırıb.