“Rumıniya səddi aşıldı! Türkiyə mundialın bir addımlığında!

26.03.26 | 23:48

“Tüpraş” stadionunda keçirilən gərgin pley-off matçında Vinçenzo Montellanın yetirmələri Rumıniya səddini yeganə qolla keçərək dünya çempionatına gedən yolda sonuncu və həlledici mərhələyə vəsiqə qazandılar.

DÇ-2026-ya vəsiqə qazanmaq üçün həlledici addımlardan birini atan Türkiyə millisi öz meydanında Mirça Luçeskunun rəhbərlik etdiyi Rumıniyanı qəbul edib. İlk dəqiqələrdən təşəbbüsü ələ alan “ay-ulduzlular” 17-ci dəqiqədə Hakan Çalhanoğlu ilə hesabı açmağa yaxın olsa da, standart vəziyyətdən vurulan top çərçivənin bir az üstündən keçib. Rumıniya isə 23-cü dəqiqədə Hacinin vuruşu ilə cavab verməyə çalışıb, lakin İsmayıl Yüksəyə dəyən top küncə yönəlib. Birinci hissənin sonlarında Arda Gülərin uzaq məsafədən sarsıdıcı zərbəsi azarkeşləri həyəcanlandırsa da, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Fasilədən sonra təzyiqi artıran Türkiyə seçməsi axtardığı qolu 53-cü dəqiqədə vurub.

Arda Gülərin uzaq məsafədən ötürdüyü topu mükəmməl qəbul edən Ferdi Kadıoğlu, rəqib müdafiəçilərini və qapıçını soyuqqanlılıqla geridə qoyaraq oyunun taleyini həll edən zərbəni endirib 1:0.

61-ci dəqiqədə Kenan Yıldızın vuruşu dirəkdən qayıtmasaydı, hesab fərqi arta bilərdi. Matçın sonlarına yaxın türklərin qapısı önündə yaşanan gərginlikdən sonra Hacinin tirdən dönən zərbəsi azarkeşlərə həyəcanlı anlar yaşadıb. Lakin intizamlı oyununu qoruyan Montellanın komandası qələbəni əldən verməyib.

Bu qələbə ilə Türkiyə finala adlayaraq mundiala bir addım da yaxınlaşıb. “Ay-ulduzlular”ın finaldakı rəqibi Slovakiya – Kosovo cütünün qalibi olacaq. Həmin qarşılaşmada qalib gələn tərəf birbaşa DÇ-2026-ya vəsiqəni təmin edəcək.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58