Ölkəmizin U-20 yığmasının yeni baş məşqçisi Rui Jorje Qəbələyə səfər edib. Portuqaliyalı mütəxəssis köməkçiləri və AFFA rəsmiləri ilə birlikdə “Qəbələ” klubunun düşərgəsində olub, buradakı mövcud infrastrukturla yaxından tanış olub. Məqsəd regionun imkanlarını dəyərləndirmək və “Qəbələ”nin bazasını gənclər seçməsinin növbəti təlim-məşq toplanışları üçün potensial məkan kimi nəzərdən keçirməkdir. Qeyd edək ki, bu səfər əsas millinin sabiq baş məşqçisi Fernandu Santuşun tövsiyəsi əsasında baş tutub.