Rossi penaltini qaçırdı, “Qarabağ” yarımfinala yüksəldi

05.03.26 | 07:06
Ölkə futbolu

Bir aylıq fasilədən sonra ölkə kubokunda sükut pozuldu. 1/4 final mərhələsinin cavab qarşılaşmalarına dünən start verildi. İlk matçda səfərdə “Sumqayıt”la qolsuz bərabərə qalan “Zirə”, doğma divarlar arasında “gənclik şəhəri” təmsilçisinin müqavimətini qıraraq yarımfinala vəsiqəni təmin edən ilk komanda oldu.

“Qarabağ” isə doğma azarkeşləri önündə “Şamaxı”nı qəbul edib. Xatırladaq ki, şamaxılılar ilk oyunda turnirin əsas favoriti olan Ağdam klubunu 2:1 hesabı ilə üstələyərək böyük sürprizə imza atmışdılar. Qurban Qurbanovun komandasının sıx oyun qrafikini və son bir ayda nümayiş etdirdiyi nisbətən qeyri-sabit performansı nəzərə aldıqda, cavab görüşü ərəfəsində “Qarabağ”ı birmənalı şəkildə cütün mütləq favoriti adlandırmaq çətin idi.

Buna baxmayaraq, “Köhlən atlar” həlledici məqamda təcrübəsini ortaya qoydu. Ayxan Abbasovun yetirmələri ilk hissədə komandaları üçün arzuolunan hesabı (1:1) qoruyub saxlaya bilsələr də, fasilədən sonra artan təzyiq qarşısında duruş gətirə bilmədilər. Emmanuel Addainin dublu və Leandro Andradenin dəqiq zərbəsi “Qarabağ”a 3:1 hesablı qələbə qazandırdı. Matçın son saniyələrində isə “Şamaxı”nın hücumçusu Kərim Rossi penaltini dəyərləndirə bilməyərək fərqi azaltmaq şansını əldən verdi.

 İki oyunun nəticəsinə əsasən ümumi hesabda 4:3 qalib gələn “Qarabağ” adını yarımfinala yazdırıb.

QARABAĞ – ŞAMAXI 3:1 (1:1)

Qollar: Addai, 6 (1:0), 61 (2:1); Rossi, 33 (1:1); Andrade, 63 (3:1)

Baş hakim: Fərid Hacıyev. İlk oyun: 1:2.

“Qarabağ”: Mateuş Koxalski, Bədavi Hüseynov (k), Toral Bayramov (Kamilo Duran, 65), Musa Qurbanlı, Marko Yankoviç (Pedro Bikalyo, 86), Kadi, Mateus Silva, Dani Bolt (Kevin Medina, 78), Leandro Andrade, Emmanuel Addai (Abdellah Zubir, 65), Jeremi Nyali (Elvin Cəfərquliyev, 64).

“Şamaxı”: Rikardu Fernandeş (k), Abdulla Rzayev, Oruc Məmmədov (Emil Süleymanov, 78), Rüfət Abbasov, Kərim Rossi, Dioqu Balau (Andrey Tırkovyanu, 68), Sezar, David Santos, Rikardo Apolinario, Alfons Msanqa (Edqar Ədilxanov, 68), Vladislav Veremeyev.

Sarı vərəqələr: Veremeyev, 47. Fernandeş, 85. Tırkovyanu, 90+3.

Qaçırılan penalti: Rossi, 90+9 (qapı tiri).

1/4 final mərhələsinin digər cavab qarşılaşmaları sabah keçiriləcək. Günün proqramında “Kəpəz” – “Turan-Tovuz” və “Qəbələ” – “Sabah” qarşıdurmaları yer alıb.

 Xatırladaq ki, turnirin reqlamentinə əsasən, yarımfinal cütlüklər aşağıdakı şəkildə qruplaşacaq:

“Qarabağ” – “Qəbələ” / “Sabah” cütünün qalibi

“Zirə” – “Kəpəz” / “Turan Tovuz” cütünün qalibi

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09