Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və dünya futbolunun əfsanəsi Kriştiano Ronaldo zədələnib. 41 yaşlı hücumçunun son olaraq “Əl-Feyha”ya qarşı keçirilən matçda bud nahiyəsindən xəsarət aldığı məlum olub.
“Tribal Football”un məlumatına görə, portuqaliyalı qoleadorun müalicə müddəti təxminən 2 həftədən 4 həftəyə qədər çəkə bilər. Bu isə o deməkdir ki, “Əl-Nəsr” mövsümün həlledici mərhələsində öz əsas silahından məhrum olacaq.
Ronaldo bu mövsüm Səudiyyə Pro Liqasında nümayiş etdirdiyi oyunla hələ də yüksək səviyyədə olduğunu sübut edir. Cari mövsümdə meydana çıxdığı 22 qarşılaşmada 21 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan hücumçu, komandasının hücum xəttindəki əsas siması olduğunu bir daha sübut edib.
Hazırda transfer bazarında dəyəri 12 milyon avro civarında qiymətləndirilən təcrübəli forvardın “Əl-Nəsr”lə mövcud müqaviləsi 2027-ci ilin iyun ayına qədər davam edir. Klub rəhbərliyi və azarkeşlər ulduz futbolçunun tezliklə sağalaraq meydanlara dönməsini gözləyirlər.