“Barselona”nın və Braziliya millisinin əfsanəsi Ronaldinyo həmişə gecə həyatına olan düşkünlüyü ilə seçilib. “Qızıl top” sahibi bu dəfə olduqca qəribə və maraqlı bir hadisə ilə gündəmə gəlib.
Braziliyaya qayıtdıqdan sonra “Flamenqo”da çıxış edən ulduz futbolçu, elə gecə klublarından birinin düz qonşuluğunda məskunlaşmışdı. Braziliya mətbuatının yazdığına görə, onun bitib-tükənməyən partidləri və yüksək səsli musiqisi komandanın nizam-intizamına mənfi təsir göstərirdi. Buna görə də klub rəhbərliyi ulduz oyunçudan əyləncə dolu həyat tərzinə bir qədər “fasilə verməyi” xahiş etmişdi.
Lakin Ronaldinyo bu vəziyyətdən çıxmaq üçün dahiyanə və bir o qədər də gözlənilməz bir plana əl atıb. Mənbələr iddia edir ki, o, şəxsi evini gecə klubu ilə birləşdirəcək yeraltı tunelin inşası üçün şəhər rəhbərliyinə müraciət ünvanlayıb. Futbolçunun məqsədi məşqlərdən kənar vaxtlarda diqqət çəkmədən və gizlicə əyləncə məkanına keçmək imkanı əldə etmək idi.
Əlbəttə ki, rəsmi qurumlar bu “yaradıcı” müraciəti rədd etdilər. Amma görünən odur ki, bu qadağa əfsanəvi vingeri yolundan döndərə bilməyib; o, xəbərdarlıqlara məhəl qoymadan gecə klublarında əyləncələrinə davam edib.