Real”ın vingeri Vinisius Juniorun gələcəyi ilə bağlı şayiələr üçün ayrıca bir bölmə açmaq olar. Az qala hər gün onun “Kral klubun”dan gedəcəyi barədə xəbər çıxır. Son məlumatlara görə, “Real” braziliyalı oyunçunu 2026-cı ilin yayında satmaq qərarına gəlib. Madridlilər Vinisiusun klubun nüfuzuna xələl gətirən davranışından bezib və prezident Florentino Peres isə heç bir oyunçunun komandadan vacib olmadığını göstərmək istəyir. “Ağlar” Vinisius üçün minimum 150 milyon avro qiymət təyin edib və Səudiyyə Ərəbistanından təkliflər gözləyirlər.