“Zirə” baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi dönəmində 100-cü qələbəsini qazanıb. Bu tarixi nəticə Premyer Liqanın 20-ci turu çərçivəsində baş tutan “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib. Doğma meydanda keçirilən görüşdə “qartallar” rəqibini 1:0 hesabı ilə məğlub edib.
Rəşad Sadıqovun baş məşqçi postunda çıxdığı 220-ci oyunda rəsmiləşən bu qələbələrin statistik bölgüsü aşağıdakı kimidir:
Premyer Liqa: 82 qələbə
Azərbaycan Kuboku: 14 qələbə
Avrokuboklar: 4 qələbə