Rəşad Sadıqov: “Əsas məqsədimiz intizamı qoruyub qalib gəlmək idi”

28.02.26 | 09:05
Ölkə futbolu

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turu çərçivəsində “Araz-Naxçıvan” üzərində qazanılan minimal hesabla (1:0) qələbəni şərh edib. Mütəxəssis komandasının çıxışından və qarşıdakı hədəflərdən danışıb.

Qələbənin əhəmiyyətini vurğulayan baş məşqçi, oyunun çətin keçdiyini qeyd edib: “Çox mühüm bir qələbə qazandıq. Göstərdikləri əzmə görə futbolçularıma təşəkkür edirəm. Meydanda iki bərabərsəviyyəli komandadan söhbət gedirdi. Hər iki tərəf avrokuboklar uğrunda mübarizə aparır. Bizim üçün əsas məsələ oyun intizamını sona qədər qorumaq və qalib gəlmək idi”.

Sadıqov qələbəni geridə qoyub artıq növbəti sınağa hazırlaşdıqlarını bildirib. O, “Zirə”ni qarşıda “Sumqayıt”la vacib kubok matçının gözlədiyini xatırladıb: “İndi bütün diqqətimizi kubok qarşılaşmasına yönəltməliyik. Ondan sonra çempionatın üçüncü dövrəsinin oyunlarına hazırlığa başlayacağıq”.

Son vaxtlar uğursuz çıxış edən rəqibi “Sumqayıt”ın avrokubok yarışından kənarda qaldığı barədə fikirlərlə razılaşmayan Sadıqov, bu məsələyə belə münasibət bildirib: “Bu fikirlə heç bir halda razı deyiləm. Onların “Kəpəz”lə oyununu izlədim. Qırmızı vərəqəyə qədər yaxşı oynayırdılar, sadəcə “Kəpəz” əks-hücumlardan maksimum yararlandı. “Sumqayıt”ın baş məşqçisi heyətdə ciddi rotasiyalar etmişdi, buna görə də bizimlə oyunda rəqibin yorğun olacağını düşünmürük”.Mütəxəssis yekunda qeyd edib ki, hazırkı turnir vəziyyətində istənilən nəticəni əldə etmək üçün hər bir xal uğrunda sonadək vuruşmaq şərtdir.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11