Premyer Liqanın 14-cü turundan təxirə salınmış “Qəbələ” – “Turan-Tovuz” qarşılaşmasının keçiriləcəyi vaxt müəyyənləşib.
Peşəkar Futbol Liqasının (PFL) yaydığı məlumata görə, görüş 24 fevral tarixində Qəbələ şəhər stadionunda baş tutacaq. Matçın start fiti saat 15:00-da səslənəcək.
Xatırladaq ki, bu qarşılaşma ilkin təqvimlə ötən ilin 8 dekabr tarixində keçirilməli idi. Lakin oyunun 24-cü dəqiqəsində meydanı bürüyən güclü duman səbəbindən görüş dayandırılmışdı. PFL matçın böyük hissəsinin oynanılmadığını nəzərə alaraq, qarşılaşmanın qaldığı yerdən deyil, tamamilə yenidən keçirilməsi barədə qərar qəbul edib.