Qurban Qurbanov: Bu gün stadion tam başqa idi

28.08.25 | 00:05
Ölkə futbolu

“Ferentsvaroş”u keçərək Çempionlar Liqasının qrup mərhələsinə çıxan “Qarabağ”ın baş maşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında gərgin oyun nəticəsində Avropanın mötəbər turnirinə vəsiqə qazandıqlarını bildirdi. O, futbolçularını böyük oyunlarda iştirak edəcəklərinə görə təbrik etdi. “Oyuna gəlincə, gərgin matç keçdi. Bu gün stadion sanki tam başqa idi. Bəlkə də, çoxdan bu atmosferi görmürdük. Biz nə qədər gərgin idiksə, onlar da elə idi. Bu nəticəni ən çox haqq edənlərdən biri də onlardır. Hər kəsə təşəkkür edirəm”.

Qurbanov oyunçulardan soyuqqanlı olmağı istədiyini bildirdi. “İldən-ilə hamımız dəyişirik, yaşam dəyişir. O cümlədən sevimli peşəmiz futbol dəyişir. Sadəcə 8 ildən sonra o turnirə qatılmaq… Futbolun dəyişən tərəflərini xırdalasam, böyük problemlər ola bilər. Bəzən xarakter, bəzən birlik böyük uğura gətirib çıxarır. Öz həyatımızda nə dəyişirsə, işdə də onlar olur”.

Qurbanov Çempionlar Liqasındakı hədəflər barədə suala da cavab verib. “Hədəf Liqaya yüksəlmək idi. Sonrasına baxacağıq. Belə nailiyyətlər ölkə futbolunu sevdirir, futbolçuları böyüdür. Hər futbolçunun arzusu belə turnirlərdə iştirak etməkdir. Edəcəklərsə, böyük təcrübə qazanacaqlar. Digər tərəfdən görək, hansı klublar düşür. Fanatlar böyük klubları Bakıda görəcək. Rəhbərlik tərəfindən də futbola diqqət, maraq artacaq. Böyük klubları, futbolçuları canlı görəndə fərqli emosiyalar yaranır”.

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45