“Mançester Siti”nin ispaniyalı baş məşqçisi Pep Qvardiola adını İngiltərə futbolu tarixinə qızıl hərflərlə yazdırıb. 2025/26 mövsümünün Liqa Kubokunun finalında “Arsenal”ı 2:0 hesabı ilə məğlub edən “şəhərlilər” növbəti dəfə çempionluq sevinci yaşayıblar.
Bu zəfər şəxsən Qvardiola üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, mütəxəssis bu turnirdə 5-ci titulunu qazanaraq mütləq rekorda imza atıb. Bununla da Pep, Liqa Kubokunu ən çox qazanan baş məşqçi statusuna təkbaşına sahib olub.
İndiyə qədər Qvardiola bu rekordu əfsanəvi Brayan Klaf, Ser Aleks Ferqyuson və Joze Mourinyo ilə bölüşürdü. Lakin “Arsenal” üzərindəki qələbə ispaniyalı dahini rəqiblərindən bir addım öndə, futbolun “olimp zirvəsində” qərarlaşdırıb.
İngiltərə Liqa Kubokunu ən çox qazanan məşqçilər:
Məşqçi Ölkə Sayı
Pep Qvardiola İspaniya 5
Brayan Klaf İngiltərə 4
Aleks Ferqyuson Şotlandiya 4
Joze Mourinyo Portuqaliya 4