Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31
Ölkə futbolu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 26-cı turunda “Karvan” üzərində qazanılan darmadağınlı (7:0) qələbəni şərh edib. Təcrübəli mütəxəssis həm oyun, həm də son vaxtlar gündəmdən düşməyən hakimlik məsələləri barədə kəskin fikirlər səsləndirib.

Qurbanov komandasının performansından razı qaldığını bildirərək, rəqibə uğurlar arzulayıb: “Futbolçularımı təbrik edirəm. Bizim üçün olduqca vacib qələbə idi. Hazırkı məqamda hər xal və hər qələbə qızıl dəyərindədir. Belə matçlar oyunumuzu daha da təkmilləşdirmək üçün yaxşı fürsətdir. “Karvan”klubuna və həmkarım Füzuli Məmmədova gələcək oyunlarda uğurlar arzulayıram”.

Son vaxtlar hakimlərin qərarları ilə bağlı artan müzakirələrə toxunan baş məşqçi, maraqlı müqayisə aparıb. O, hakimlərin idarəçiliyindəki qeyri-müəyyənliyin futbolun inkişafına təsir etdiyini vurğulayıb: “Kənardan necə görünür, tam deyə bilmərəm, amma bəzən mənə elə gəlir ki, hakimlər hansı qərarı verəcəklərini bilmirlər. Sanki bir çaşqınlıq var. Ya tələblər dəqiq deyil, ya da dünya futbolundakı yeniliklər onlarda bir qədər fikir ayrılığı yaradır. Mən gənc və təcrübəsiz oyunçulardan çox şey tələb edəndə onlarda da oxşar vəziyyət yaranır”.

Qurban Qurbanov hakimlik sahəsində yerli bir sistemin qurulmasının vacibliyini qeyd edib: “Hesab edirəm ki, bizim vahid bir qaydamız və öz hakimlik məktəbimiz olmalıdır. Avropada nə tələb olunmasından asılı olmayaraq, Azərbaycan futbolunun öz qanunları, öz iş tərzi formalaşmalıdır. Bəzən meydanda onların panikaya düşdüklərini hiss edirik. Allah köməkləri olsun, çünki hazırda ən çox tənqid olunan və müzakirə edilən məhz onların işidir”.

Paylaş:

Xəbər Lenti

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41