Qurban Qurbanov maraqlı oyundan, Addainin iştahından danışdı

11.08.25 | 21:52
Ölkə futbolu

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”nı qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ənənəsinə sadiq qalaraq rəqib haqqında ehtiyatlı danışdı. İlk oyunda qələbəyə baxmayaraq Qurbanov rəqibin iddialı olduğunu və döyüşkən futbol oynadıqlarını xatırladıb: “Çox intizamlı oynamağa çalışmalıyıq. Futbolçularla danışmışıq. Yaxşı, maraqlı oyun olacaq. Hər iki komanda ilk oyunun nəticəsinə görə qalib gəlməyə layiqdir. Bizim az da olsa üstünlüyümüz var, irəlidəyik”.

Qurbanov qələbəyə rəğmən cavab oyunu öncəsi də “Şkendiya” haqqında fikirlərini dəyişmədiyini təsdiqləyib: “Hamı düşünürdü ki, FKSB qalib gələcək, amma “Şkendiya” qələbə qazandı. Öz döyüşkənliyi və xarakteri ilə bunu bacardılar. Meydanda da şahid olduq. Təəssüratlarım eyni oldu. Sabah çox mobil komanda olmalıyıq. Bərk durmağı bacarmalıyıq”.

Mətbuat konfransının gedişini “Qarabağ”ın iki oyunçusu Kadi Borges və Emmanuel Addai də müzakirə predmeti oldu. Jurnalsitin Kadinin ilk oyunda “intizamsız və istəksiz” oynaması fikri ilə razılaşmayan Qurbanov rəqibin gücünü də nəzərə almağı və ümumən Avropa futbolunda top itkilərinin artdığını bildirib. Addainin “rejimə riayət etməməsi və qidasına fikir verməməsi” haqqında iddialara isə Qurbanov daha maraqlı cavab verib: “O, fərqli bir rejimdən Azərbaycan mətbəxinə düşüb. Bizim yeməklər həqiqətən çox dadlıdır və o da bu yeməklərə həvəsli olur. Kiçik cərimələr də etmişik. Amma son vaxtlar hər şey qaydasındadır. Özüm də bu yolu keçmişəm. İnsanın iştahı artanda yaxşı yeməklər yemək istəyir. Dəyişiklik çox olub, ciddi problem deyil. Çox şey yaxşılığa doğru gedir”.

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45