Qurban Qurbanov: “Hətta uduzsaq belə, azarkeşlər futboldan zövq almalıdır”

17.02.26 | 22:15
Ölkə futbolu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərənin “Nyuukasl” klubu ilə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında iştirak edib.

Tarixi qarşılaşma ərəfəsində media mənsublarının suallarını cavablandıran mütəxəssis komandanın hazırlığı, rəqibin gücü və heyətdəki son durum barədə danışıb.

Qurban Qurbanov bu oyunun həm təcrübə, həm də ölkə futbolu üçün əhəmiyyətini vurğulayıb: “Bu, bizə böyük təcrübə qazandıracaq oyunlardan biridir. İlk dəfə bir Azərbaycan klubu Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Dünyanın ən güclü liqasının populyar komandalarından biri Bakıya gəlir. Hazırlaşmaq üçün vaxtımız az olsa da, komanda bu görüşü səbirsizliklə gözləyir. Futbolçular öz ən yaxşı oyunlarını nümayiş etdirmək əzmindədirlər.

Rəqibin fiziki cəhətdən üstün olduğunu qeyd edən baş məşqçi, oyun planı barədə bunları deyib: “İngilis klubları ilə qarşılaşmağı heç kim istəməz. “Nyuukasl” bəzi komponentlərdə, xüsusən də fiziki planda bizdən çox güclüdür. Lakin biz öz meydanımızda cəsarətli oyun nümayiş etdirməyə çalışacağıq. Müdafiədə həmişə ehtiyatlıyıq, amma nəticə qazanmaq üçün hücumda da yollar axtarmalıyıq. İstəyirəm ki, azarkeşlər futboldan zövq alsınlar. Hətta uduzsaq belə, dinamik və gözəl futbol oynamaq niyyətindəyik“.

“Nyukasl”ın son oyunlardakı çıxışına toxunan Qurbanov rəqibi küçümsəmədiklərini bildirib:

Rəqib haqqında: “Onlar son iki oyunda qalib gəliblər. İngiltərə Premyer Liqasında 1-ci və 15-ci komanda arasında böyük fərq yoxdur. Orada daxili çempionat bəzən Çempionlar Liqasından daha vacib sayılır. Rəqibin müvəqqəti enişləri bizi arxayınlaşdırmamalıdır.”

Kadi yoxsa Montiel? “Kadinin qayıdışı bizi sevindirir, bu bizə rotasiya imkanı verir. Kimin start heyətində yer alacağına oyun günü qərar verəcəyik.”

Zədəlilər: “Qapıçı Mateuş Koxalski böyük ehtimalla sabah meydanda olacaq. Həkimlərin son müayinəsindən sonra risk yoxdursa, o, oyanacaq.”

Nəriman Axundzadənin əvəzlənməsi: “Siyahıya yeni oyunçu əlavə edə bilmirik, yalnız akademiyadan bir gənci cəlb etmək şansımız var”.

Paylaş:

Xəbər Lenti

“Zirə” – “Şamaxı” – YENİLƏNİR

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47