Qurban Berdiyev: “Çətin qələbə qazandıq, lakin hələ heç nə bitməyib”

21.03.26 | 20:36
Ölkə futbolu

Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Qəbələ” qarşılaşması meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan sonra keçrilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Qurban Berdiyev oyunun gedişatını və komandasının turnir cədvəlindəki mövqeyini qiymətləndirib.

Təcrübəli mütəxəssis görüşün gərgin keçdiyini vurğulayaraq, komandasının oyun planındakı dəyişikliklərə diqqət çəkib: “Bizi çox ağır oyun və çətin qələbə gözləyirdi, elə də oldu. Görüşə kifayət qədər yaxşı başladıq. Lakin birinci hissənin ortalarından etibarən təşəbbüsü rəqibə verdik. İkinci hissədə isə oyunumuzu yenidən bərpa edə bildik. Hesab fərqini daha da artırmaq üçün imkanlarımız var idi. Hər bir halda, bu, bizim üçün çox vacib qələbədir”.

Turnir cədvəlindəki mövqelərinə toxunan Berdiyev, komandasının üçüncü yer uğrunda mübarizədəki şanslarını hələlik ehtiyatla dəyərləndirib. Jurnalistin “Üçüncü yerin artıq praktiki olaraq təmin olunduğunu demək olar?” sualına baş məşqçinin cavabı qısa və konkret olub: “Xeyr, hələlik bunu demək olmaz”.

Qeyd edək ki, bu qələbədən sonra “Turan Tovuz” avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizəsini qətiyyətlə davam etdirir.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58