Ölkə kubokunun 1/4 final mərhələsində keçirilən “Zirə” – “Sumqayıt” (2:0) qarşılaşması meydan sahiblərinin kapitanı Qismət Alıyev üçün əlamətdar hadisə ilə yadda qalıb. 30 yaşlı müdafiəçi bu oyunla “qartallar”ın heyətində yubiley – 200-cü rəsmi matçına çıxıb.
2020/21 mövsümündən etibarən “Zirə” şərəfini qoruyan Qismət Alıyev, hazırda klub tarixində ən çox oyun keçirən futbolçu statusunu daşıyır. Maraqlıdır ki, təcrübəli futbolçunun bu klubdakı karyerası məhz “Sumqayıt”a qarşı oyunla (1:2) başlayıb və yubiley matçı da təsadüfən eyni rəqibə qarşı baş tutub.
Müdafiə xəttində çıxış etməsinə baxmayaraq, Qismət Alıyev komandasına hücum planında da böyük fayda verib. Onun 200 oyunluq statistikası belədir:
Turnir Oyun sayı Qol sayı
Premyer Liqa 166 13
Ölkə kuboku 22 0
Avrokuboklar 12 2
Cəmi 200 15