“Qarabağ”ın rəqibi liderliyə döndü, Konte “Qarabağ”dan danışdı

23.11.25 | 14:40
Ölkə futbolu

Qarabağ”la Cempionlar Liqasının oyunu ərəfəsində A seriyasının 12-ci turunda “Atalanta”nı 3-1 hesabıyla məğlub edən “Napoli” yenidən turnir cədvəlində zirvəyə döndü. Bu görüşdə neapoluların qollarına David Neres (iki) və Noah Lang imza atdı. “Opta”nın məlumatına görə, “Napoli” “böyük beşlik” liqalarında 2025-ci ildə ev oyunlarında məğlub olmayan yeganə komandadır (2025/26 mövsümündən əvvəl yüksək liqaya vəsiqə qazanan komandalar istisna olmaqla). Antonio Konteninin komandası bu oyunların 12-sində qalib gəlib, 4-də isə heç-heçə edib.
İtalyan məşqçi matçdan sonra “Sky Sport”a müsahibədə son zamanlar oyunçularla arasında yaşanan gərginliklə bağlı dolaşan söz-söhbətlərədə aydınlıq gətirməyə çalışıb: “Oyunçularla çox səmimi, güclü və şəffaf münasibətlərim var. Biz həmişə bir-birimizə həqiqəti deməyə çalışırıq. Məni gördüyünz kimi varam və heç bir maska taxmıram. Bilirəm ki, çoxları həqiqəti sevmir, amma mənə həmişə dürüst olmağı öyrədiblər”.
Yeri gəlmişkən, Konte Football Italia potalına açiqlamasında Ağdam klubu ilə qarşıdakı görüşədə toxunub:
“Qarabağ” bu mövsüm Çempionlar Liqasının sürpriz komandasıdır, ona görə də enerjimizi bərpa etməli və bu yeni çağırışa hazırlaşmalıyıq”.
Klubun idman direkroru Covanni Manna Sky Sport-a açıqlamasında Kontenin mümkün istefası ilə bağlı dolaşan şaiyələrə münasibət bildirib: “Bəzi şeyləri həddindən artıq şişirdir və senssasiya yaratmaq istəyirlər. Mən bunu adi hal kimi baxıram. Hətta bi ara məşqçinin istefası barədə də söhbətlər dolaşırdı. Ancaq Konte sadəcə səviyyəni qaldırmaq üçün həyəcan təbili çaldı və mən burada heç bir qəbahət görmürəm. Biz həmişə eyni mövqedə olmuşuq. Ortaq dəyərləri bölüşürük və bunu keçən ildə, bu ildə nümayiş etdirmişik. Komandamızda hər şey qaydasındadır”.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03