Baş məşqçi Heytinqa yola salınır
Çempionlar Liqasının əsas mərhələsinin son turnda evdə “Qalatasaray”a böyük hesabla uduzan (0:3) “Ayaks” dekabrın 10-da Bakıda “Qarabağ”la qarşılaşacaq. Xatırladım ki, Amsterdam klubunun türklərə yenilgisi onların qitə kubokunda ardıcıl yeddinci məğlubiyyətı idi. Bu il ÇL-in ardıcıl dörd oyununda uduzan “Ayaks” ötən mövsüm Avropa Liqasının son üç matçında da uduzmuşdu. Tarixində dörd dəfə ÇL (ÇK) qazanan Niderland klubunun Avropa səhnəsində indiyədək belə uğursuz çıxışı olmayıb. Bütün bu uğrsuzluqların fonunda komandanın baş məşqçi posutunda dəyşikliyin olacağı gözlənilir. Belə ki, tezliklə Con Heytinqin yerini komandanın sabiq çalışdırıcısı Erik ten Haqın tutacağı barədə şaiyələr dolaşmağa başlayıb. İstəniən halda, inanırq ki, “Qarabağ” “Ayaks”ı Bakıdan əli boş yola salacaq.
.