“Qarabağ”ın rəqibləri bəlli oldu

04.01.26 | 00:59
Ölkə futbolu

Ölkə çempionu “Qarabağ”ın Türkiyənin Antalya şəhərində keçirəcəyi qış təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər məlum olub. Ağdam təmsilçisi hazırlıq prosesində iki yoxlama görüşü keçirməyi planlaşdırır. Klubun mətbuat xidmətindən verilən məlumata görə, “köhlən atlar” yanvarın 10-dan 17-dək Belek bölgəsində məskunlaşacaq. Hazırlıq çərçivəsində baş tutacaq oyunların cədvəli belədir. Ağdam klubu yanvarın 12-də “Neftçi” (Fərqanə, Özbəkistan), 4 gün sonra isə “Zaqlebiye” (Lyubin, Polşa) ilə qarşılaşacaq. Bu yoxlama oyunları “Qarabağ” üçün yeni ildəki rəsmi matçlara hazırlıq xarakteri daşıyır. Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri ilin ilk rəsmi oyununa yanvarın 21-də çıxacaqlar. Komandamız UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində doğma meydanda Almaniyanın iddialı “Ayntraxt” (Frankfurt) klubunu qəbul edəcək.

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45