UEFA-nın rəsmi saytı Çempionlar Liqasının əsas mərhələsinin son turu çərçivəsində keçiriləcək “Liverpul” və “Qarabağ” arasındakı qarşılaşma öncəsi maraqlı statistika və faktları paylaşıb.
“Qarabağ”ın statistikası
İngiltərə tilsimi: “Qarabağ” indiyədək İngiltərə klubları ilə keçirdiyi oyunlarda qələbə qazana bilməyib (1 heç-heçə, 7 məğlubiyyət). Komanda İngiltərəyə səfər etdiyi bütün 4 oyunda meydanı məğlub tərk edib.
Məhsuldarlıq: Buna baxmayaraq, Azərbaycan çempionu Çempionlar Liqası çərçivəsində keçirdiyi son 10 oyunun 8-də rəqib qapısına iki və ya daha çox qol vurmağı bacarıb.
Hücum xətti: Komandanın kolumbiyalı hücumçusu Kamilo Duran xüsusi qeyd edilir. O, turnirin son iki oyununda 3 qol vuraraq diqqət mərkəzinə düşüb.
“Liverpul”un Statistikası
Ev amili: Mersisaydlılar 5-ci turda PSV-yə məğlub olana qədər “Enfild” stadionunda keçirdikləri ardıcıl 16 Çempionlar Liqası oyununda qələbə qazanıblar.
Ümumi forma: “Liverpul” turnirdəki son 20 qarşılaşmanın 17-də qalib gəlib.
Əsas təhlükə: Ev sahiblərinin heyətində ən təhlükəli fiqurlardan biri kimi Dominik Soboslai göstərilir. Macar futbolçu Çempionlar Liqasının son 5 oyununun 4-də (o cümlədən son 3 matçda) qol vurmağı bacarıb.”Liverpul” – “Qarabağ” matçı yanvarın 28-də məşhur “Enfild Roud” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə gecə yarısı 00:00-da başlayacaq.