Yekun nəticələrə nəzər salsaq, “Qarabağ”ın qrup mərhələsindəki növbəti 7 rəqibindən 4-ü — “Atletik Bilbao”, “Çelsi”, “Napoli” və “Ayaks” ilk turu xalsız başa vurub. İki komanda — “Ayntraxt Frankfurt” və “Liverpul” qələbə qazanıb, “Kopenhagen” isə 1 xalla kifayətlənib. İkinci turda “köhlən atlar” oktyabrın 1-də Bakıda Danimarka təmsilçisini qəbul edəcək. Maraqlıdır ki, “Qarabağ” evdə danimarkalılara qalib gəlsə liderlər qrupunda möhkəmlənəcək və bu, turnirin ən böyük sensasiyası olacaq.
