“Qarabağ”ın “Ayaks”la oyunu Sloveniya briqadasına həvalə olundu

08.12.25 | 15:40
Ölkə futbolu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin “Qarabağ”la “Ayaks” arasında keçiriləcək VI turun oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb. Qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Rade Obrenoviçə Yure Praprotniklə Qreqa Kordej kömək edəcək. Dördüncü hakim funksiyasını isə Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yug, AVAR-da Alen Boroşak olacaq.

Xatırladaq ki, sloveniyalı referi “Qarabağ” klubu üçün tanış simadır. Belə ki, o, iki dəfə “köhlən attlar”ın oyunlarında hakimlik edib. Obrenoviç 2021-ci ildə Konfrans Lqasının təsnifat mərhələsinin Şotlandiya “Aberdin”i ilə Bakıda keçirilən görüşdə baş hakim funksiyasını yerinə yetirib. Yeri gəlmişkən, həmin oyun Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Bir il sonra isə ÇL-in təsnifat mərhələsində Bakıda qolsuz bərabərliklə bitən Çexiya “Viktoriya”sı ilə oyunda dördüncü hakim olub.

Sloveniyalı referi cari mövsümdə ÇL-də 3, AL-də 2 və KL-də isə 1 oyunda fit çalıb. DÇ-2026-nın seçmə mərhələsində isə üç oyunda baş hakim rolunu icra edib.

Xatırladaq ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

Paylaş:

Xəbər Lenti

“Zirə” – “Şamaxı” – YENİLƏNİR

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47