“Qarabağ”ın prezidenti Tahir Gözəl, Premyer Liqanın 21-ci turu çərçivəsində fevralın 21-nə planlaşdırılan matçın qeyri-müəyyən vaxta keçirilməsinə razılıq verdiyi üçün “Neftçi” rəhbərliyinə təşəkkür edib: “Oyunun vaxtının dəyişdirilməsi ilə bağlı göstərdikləri anlayışa və konstruktiv mövqeyə görə «Neftçi» rəhbərliyinə səmimi təşəkkürümü bildirirəm. Bu qərarla «Neftçi» futbol ənənələrinə, alicənablığa və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini növbəti dəfə nümayiş etdirdi. Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritetdir. Hesab edirəm ki, belə yanaşma yerli futbolun inkişafına və klublararası sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, müraciətimizə Reqlamentə uyğun olaraq operativ və obyektiv reaksiya verdiyi üçün PFL-ə də minnətdarlığımı bildirirəm. «Neftçi» futbol klubuna gələcək fəaliyyətində uğurlar arzulayıram”