ABŞ-ın “Kolumbus” klubunun “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə üçün ödəyəcəyi transfer məbləği açıqlanıb. Almaniyanın nüfuzlu “Transfermarkt” portalının yaydığı məlumata görə, MLS təmsilçisi 22 yaşlı forvard üçün 2,5 milyon avro (təxminən 5 milyon manat) xərcləyib.
Qeyd edək ki, daha əvvəl bu məbləğin 1,2 milyon dollar olacağı ehtimal edilirdi. Lakin hər iki halda bu transfer Azərbaycan futbolu tarixində bir oyunçu üçün ödənilən rekord məbləğ kimi tarixə düşüb.