“Qarabağ” futbol klubu Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla maliyyə uğurlarını artırmağa davam edir.
Turnirin əsas mərhələsinin yekun cədvəlində 22-ci pillədə qərarlaşması kluba təxminən 4 500 000 avro (təxminən 9,2 mln. manat) gəlir gətirib. Bundan əlavə, Ağdam təmsilçisi növbəti mərhələyə (pley-off) adladığı üçün UEFA-dan daha 1 000 000 avro (təxminən 2 mln. manat) mükafat alacaq.
Beləliklə, cari avrokubok mövsümündə “atlılar”ın ümumi qazancı artıq 31 120 000 avroya (təxminən 63,5 mln. manat) çatıb. UEFA-nın əlavə bonuslarını da nəzərə alsaq, bu məbləğin yaxın müddətdə daha bir neçə milyon avro artacağı gözlənilir.