Ağdamın “Qarabağ” klubunun vingeri Leandro Andrade üçün Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı”ya qarşı keçirilən cavab matçı (3:1) əlamətdar hadisə ilə yadda qalıb. Bu qarşılaşma portuqaliyalı futbolçunun “köhlən atlar”ın heyətində çıxdığı 200-cü yubiley oyunu olub.
2021/22 mövsümündə debüt edən Andrade, ötən müddət ərzində komandanın hücum xəttinin əvəzedilməz simalarından birinə çevrilərək ümumilikdə 54 qola imza atıb. Onun statistik göstəriciləri turnirlər üzrə aşağıdakı kimi bölünüb:
Premyer Liqası: 126 oyun (39 qol)
Avrokuboklar: 56 oyun (13 qol)
Ölkə kuboku: 18 oyun (2 qol)
Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, bu yubiley matçı həm də komandanın yarımfinala vəsiqə qazanması ilə daha da dəyərli olub.