“Qarabağ”ın İngiltərənin “Liverpul” klubuna (0:6) məğlub olduğu əsas mərhələnin 8-ci turunun yekunlarına əsasən, Azərbaycan UEFA reytinqində irəliləyişə nail olub.
“Köhlən atlar” meydanı məğlub tərk etsələr də, pley-off mərhələsinə vəsiqə qazandıqları üçün UEFA tərəfindən əlavə 0,187 bonus xalı əldə ediblər. Bunun sayəsində Azərbaycanın aktivindəki xalların sayı 22,937-yə çatıb və ölkəmiz 27-ci sıradan 26-cı sıraya yüksəlib.
Cədvəldəki qonşularımız:
24-cü yer: Ukrayna 24,412 1/4
25-ci yer: Serbiya 24,375 1/4
26-cı yer: Azərbaycan 22,937 1/4
27-ci yer: Sloveniya 22,843 1/4
Reytinq cədvəlinə 110,908 xalla hələ də İngiltərə başçılıq edir. İkinci yerdə İtaliya (95,196), üçüncü yerdə isə İspaniya (89,328) qərarlaşıb.
İlk “onluq”da yer alan digər ölkələr bunlardır: Almaniya, Fransa, Portuqaliya, Niderland, Belçika, Türkiyə və Çexiya.