Qurban Qurbanov bu oyuna kifayət qədər ciddi yanaşmışdı. Komandanın start heyəti də bunu deməyə əsas verirdi. “Nyukasl”la Çempionlar Liqası matçına hələ 2 həftədən çox vaxt qalırdı, Premyer Liqada isə “Sabah”ın sürət yığması həyəcan siqnalı verirdi. Buna görə də Qurbanov bu oyuna var gücü ilə köklənmişdi.
Ağdamlılar optimal 11-liklə meydana çıxmaqla yanaşı oyunun ilk dəqiqələrindən irəli atılaraq rəqibi təzyiq altında saxladı və bu oyundan 3 xalla ayrılacağına iddiasını ortaya qoydu. Lakin tovuzlular uzun müddət güclü rəqibə ciddi fürsət vermədi. Müdafiədə sıx oynamaqla qonaqlar meydan sahiblərinə topla hərəkət üçün məsafə də vermirdi. Məhz bunun nəticəsi idi ki, uzun müddət Ağdamlılar rəqib qapısı önündə qol vəziyyəti yaratmaqda çətinlik çəkmədi. Amma nədənsə ikinci yarının sonlarına yaxın Tovuz klubu taktikanı azacıq dəyişdirmək və bir qədər cəsarətli oyanamaq qərarına gəldi və bunun acısını dərhal da çəkdi. “Qarabağ” az sayla müdafiədə qalan rəqibin arxasına uzun top atmaqla hücuma çıxdı və müdafiəçidən dönən topu Abdullah Zubir yerlə qapıya göndərdi. Düzdür, az sonra qonaqlar hesabı bərabərləşdirə bilərdi. İbrahima Vacinin zərbəsi tirdən döndü, Ayxan Hüseynova isə dönən topu saxlamadan qapıya göndərməkdə məhdud ustalığı mane oldu. O, topu saxlayıb zərbə endirməklə rəqibə zərbə çərçivəsini daraltmaq imkanı verdi.
ikinci hissə də demək olar eyni ssenari ilə keçdi, amma hesab dəyişmədi. “Qarabağ” vacib qələbə ilə “Sabah”la xal fərqinin artmasına imkan vermədi.
“Qarabağ” – “Turan Tovuz” 1:0
Qol: Zubir, 41.