“Football Meets Data” analitik portalı 2025/26 mövsümündə avrokubokların əsas mərhələlərində iştirak edən ölkələrin UEFA-dan əldə etdiyi gəlirlərin reytinqini dərc edib. Azərbaycan bu siyahıda bir çox futbol nəhəngini qabaqlayaraq diqqətçəkən mövqedə qərarlaşıb.
Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərində (pley-off daxil olmaqla) təmsil olunan 39 ölkə arasında Azərbaycan 16-cı pillədə yer alıb. Ölkəmizin ümumi qazancı 36 000 000 avro (təxminən 70 milyon manatdan çox) təşkil edir.
Xüsusi qeyd: Bu məbləğin hamısı ölkəmizi avrokuboklarda təkbaşına təmsil edən və Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyən Ağdamın “Qarabağ” klubunun payına düşür. “Köhlən atlar”ın bu uğuru Azərbaycanın klub reytinqi ilə yanaşı, maliyyə göstəricilərinin də yüksəlməsinə birbaşa təsir göstərib.
Avropanın maliyyə nəhəngləri: İlk üçlükdə kimlərdir?
Siyahının lideri, gözlənildiyi kimi, Premyer Liqa təmsilçiləridir. Hazırkı reytinq cədvəli belədir:
Sıra Ölkə Klub sayı Ümumi qazanc (Avro)
1 İngiltərə 9 klub 611 600 000
2 İspaniya 8 klub 424 700 000
3 Almaniya 7 klub 360 600 000