“Karvan-Yevlax” “Qarabağ” önündə 80 dəqiqə dözdü

03.12.25 | 20:07
Ölkə futbolu

Ölkə kubokunun 1/8 finalında “Karvan-Yevlax”la qarşılaşan “Qarabağ” gözlənilmədən ciddi müqavimıtlə üz-üzə qaldı. İlk yarıda yevlaxlılar nəinki müqavimət göstərə bildi, hətta hücumda da fəal oynayaraq heç bir komponentdə rəqibindən geri qalmadı. Nəticədə ilk yarı qolsuz başa çatdı.

İkinci yarı şərti ağdamlılar təzyiqi artırdı və bir neçə dəfə təhlükəli vəziyyət yaratdılar. Qurban Qurbanovun komandasının üstünlüyü yalnız 80-ci dəqiqədə öz bəhrəsini verdi. Nəriman Axundzadə sağ cinahdan irəliləyərək topu yaxın küncə göndərdi. Ötən həftəsonu yevlaxlıları Premyer Liqa oyununda məyus edən gənc hücumçu bu dəfə də fərqləndi. Bu qol sanki yevlaxlıları ruhdan saldı və az keçməmiş Elvin Yunuszadə Leandro Andradenin asmasını başla öz qapısına yönəltdi. Elvin də deyəsən Nərimandan geri qalmamaq üçün bu komandaların qarşılaşmasından qolsuz getmək istəmədi. Mövsümün əvvəlində məhz “Qarabağ”la oyunda da Yunuszadə avtoqol etmişdi. 88-ci dəqiqədə Nəriman Axundzadə dubla imza atdı.

Azərbaycan Kuboku, 1/8 final

“Qarabağ” – “Karvan-Yevlax” 3:0
Bakı, “Azərsun Arena” stadionu
Baş hakim: Əliyar Ağayev
Qollar: N. Axundzadə, 80; 88. E. Yunuszadə, 83-avtoqol.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03