“Qarabağ” Bilbaoda büdrədi

22.10.25 | 21:35
Ölkə futbolu

Oyun erkən qolla başladı. San-Mamesdə azarkeşlər yerini tutmağa macal tapmamış “Qarabağ” hesabı açdı. Rəqib müdafiəçilərinin kobud səhvi nəticəsində qapıçı ilə üz-üzə qalan Leandro tribunaları şoka saldı. Bilbaolular bu şokdan tez ayılaraq özlərini ələ aldı və ar-arda ağdamlıların üzərinə gəlməyə başladı. Sürətli və yüksək tempdə keçən oyunda çətinliklə də olsa “Qarabağ” 40 dəqiqə müdafiə olunmağı bacardı. Müdafiə süni oyundankənar vəziyyət yaradarkən mövqe səhvinə yol verdi və Quruzeta təkbətək qalaraq hesabı bərabərləşdirdi.

İkinci hissə də eyni məcrada davam edti. Meydan sahibləri böyük ərazi və topa sahib olma üstünlüyü ilə qonaqları təzyiq altında saxladı. Bəzi epizodlarda “Qarabağ”ın sadcədə bəxti gətirdi. Amma bəxtin hesabına çox uzağa getmək olmazdı. 70-ci dəqiqədə yenicə meydana girmiş Navarronun ustalıqla vuruşu qarşısında bəxt də aciz qaldı. “Qarabağ” bundan sonra da heç cür toparlana bilmədi. Futbolçular arasında səviyyə və fiziki hazırlıq aşkar hiss olunurdu. Lakin 85-ci dəqiqədə hesab bərabərləşə bilərdi. Baskların ani sayıqsızlığı Kaşuku zərbə mövqeyinə çıxartdı, amma Berçiçe onun zərbəsini boş qapıdan qaytardı. Oyunun sonlarında Quruzeta daha bir qol vurdu. Aşkar yorğun olan müdafiəçilər, xüsusən də Medina bu epizodda sona qədər mübarizə aparmadılar və Quruzetaya rahat zərbə vurmaq imkanı verdilər.

Etiraf edək ki, erkən qola rəğmən oyunun əvvəlindən “Qarabağ” bütün komponentlərdə rəqibə uduzurdu və məğlubiyyətin qaçılmaz olduğu göstərirdi. Bu oyun göstərdi ki, qarşıda daha adlı-sanlı rəqiblərlə oyun da asan olmayacaq.

Çempionlar Liqası, 3-cü tur

“Atletik” (İspaniya) – “Qarabağ” 3:1

“Atletik”: Simon, Qorosabel (Areso, 65), Paredes, Laport, Berçiçe, Yaureqizar, Reqo Mora (Qalarreta, 65), İnyaki Uilyams (Berenger, 38), Niko Uilyams (Navarro, 65), Sanset (Vesqa, 81), Quruzeta.
“Qarabağ”: Koxalski, Mustafazadə, Medina, Mateus Silva (Dani Bolt, 79), Cəfərquliyev, Kadi, Bikalyo (Yankoviç, 57), Leandro Andrade (Addai, 57), Zubir, Kamilyo Duran (Kaşuk, 67), Axundzadə (Bayramov, 67).
Qol: Andrade, 1 (0:1). Quruzeta, 40 (1:1). Navarro, 70 (2:1). Quruzeta, 88 (3:1).

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45