Bundesliqanın 12-ci turunun “Auqsburq” üzərində “Hoffenhaym”ın 3:0 hesablı qələbəsi ilə bitən görüş qapıçı Oliver Baumanın Almaniyanın yüksək liqasında 500-cü matçı olub. Bundesliqanın rəsmi saytının məlumatına görə, qolkiper yubiley oynunu qeyd etmək üçün komandanın azarkeşlərinə 500 litr pivə hədiyə edib.
Xatırladaq ki, Baumann “Frayburq”un gənclər sisteminin yetirməsidir və 2010-cu ildən 2014-cü ilə qədər “qartallar”ın əsas komandasında oynayıb. 2014-cü ildən “Hoffenhaym”ın şərəfini qoruyur. O, cari mövsümdə meydana çıxdığı 15 matçda 21 qol buraxıb və üç dəfə qapısını toxunulmaz saxlayıb. “Transfermarkt”a görə, Baumannın hazırkı trnsfer dəyəri 3 milyon avrodur.