“Qalibiyyət qədəhi” sonu oldu: Finlandiya məşqçisi Olimpiadadan niyə qovuldu?

15.02.26 | 18:59
Digər növlər

Tramplindən tullanma üzrə Finlandiya milli komandasının baş məşqçisi İqor Medved qəbulolunmaz davranışının səbəbini izah edib. Sloveniyalı mütəxəssis Finlandiya yığması ilə əməkdaşlığına vaxtından əvvəl xitam verilməsinə səbəb olan insident barədə danışıb.

“Çərşənbə axşamı keçirilən yarışlardan sonra sloveniyalı idmançıların qızıl medal təqdimetmə mərasiminə dəvət aldım. Heç nə yeməmişdim və təəssüf ki, spirtli içki öz sözünü dedi. Özümlə fəxr etmirəm, lakin komandamla və son iki ildə gördüyümüz işlə fəxr edirəm. İndi əsas məqsədim uşaqları ruhlandırmaq və vurduğum ziyanı minimuma endirməkdir” — deyə Medved Meczyki nəşrinə bildirib.

44 yaşlı mütəxəssisin yetirməsi Niko Kitosaho komandanın bu vəziyyətə münasibətini belə ifadə edib: “Bu məsələni şərh edə bilmərik. Məşqçinin bizi tərk edəcəyini dünən öyrəndik. Hər şey qaydasındadır. Biz sadəcə işimizə və tullanışlara köklənmək istəyirik. Qəzetlərin bu barədə yazdığını bilirik, lakin oxumamağa çalışırıq. Diqqətimiz ən vacib məqamlardadır”.

Xatırladaq ki, Finlandiya Olimpiya Komitəsi spirtli içkidən sui-istifadə etdiyi üçün İqor Medvedi Olimpiya Oyunlarından kənarlaşdırıb.

Sloveniya vətəndaşı olan Medved 2024-cü ilin iyun ayından finlərin baş məşqçisi postunda çalışırdı. O, cari Milan və Kortina-d’Ampetso Oyunlarında komandanı qarışıq yarışlarda artıq altıncı yerə yüksəltməyi bacarmışdı. 2026-cı il Olimpiadası başa çatana qədər baş məşqçi vəzifəsini Lasse Moylanen icra edəcək.

Paylaş:

Xəbər Lenti

“Zirə” – “Şamaxı” – YENİLƏNİR

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47