Türkiyə mediası tez-tez azarkeşləri şayiələrlə sevindirir. Bu yaxınlarda “Qalatasaray”ın Lionel Messini icarəyə götürməyi planlaşdırdığı barədə xəbərlər yayılıb! Guya “sarı-qırmızılı”lar MLS-də mövsüm fasiləsindən istifadə edərək səkkizqat “Qızıl top” mükafatçısı ilə dörd aylıq müqavilə imzalamağa çalışır. Niyə də yox? “Qalatasaray”da Viktor Osimhen kimi ulduzlarla öynayır, üstəlik, komanda Çempionlar Liqasının dörd oyununda doqquz xal yığıb və pley-offda oynamağa iddialıdır. Messiiyə gəlincə, o, Dünya Kubokuna hazırlaşmalıdır. Bu səbəbdən dörd ay çimərlikdə uzanmaq və sadəcə idman zalında məşq emmək formada qalmaq yaxşı seçim deyil.