“Qalatasaray” başqanı İkardi məsələsinə aydınlıq gətirdi

13.12.25 | 01:51
Dünya futbolu

Bu günlərdə keçirilən mətbuat konfransında “Qalatasaray”ın prezidenti Dursun Özbək Mauro İkardi ilə bağlı dolaşan şayiələrə kəskin reaksiya verib. Klub başqanı “İkardinin “Qalatasaray”la nə problemləri ola bilər?” deyərək argentinalı forvardla bağlı diqqətçəkən açıqlamalar verib. O, argentinalı ulduzla bağlı xəbərlərin reallığı əks etdirmədiyini və onun son illərdəki töhfəsinin danılmaz olduğunu qeyd edib: “Hər tərəfdən atəş altındayıq. Klub daxili çəkişmələrin olmadığı bir zamanda belə xəbərlər yayılır. İkardi ilə “Qalatasaray” arasında hansı problem ola bilər? Bu nə problemdir! O, ən vacib oyunçularımızdan biridir. Onun son üç mövsümdə klubdakı xidmətlərini kim inkar edə bilər?”

Daha sonra klub prezidenti İkardinin komandasının simvolu olduğunu deyib: “Onun zədəsi ciddi idi və təxminən bir ildir sağalmasını gözləyirik. Futbolun ikonalarından biri olan İkardi artıq klubmuzun simvoluna çevrilib. “Qalatasarayı” etibarsız tərəf kimi göstərməkdən kimlər faydalanır? Bir çoxları “Qalatasarayı” aşağılamaq üçün əlindən gələni edir. Ancaq bunların heç biri bizə təsir etmir. Biz uğura yönəlmiş, doğru hesab etdiyimiz yolla irəliləməyə davam edirik. Onlar “Qalatasaray”ı absurd xəbərlərlə məhv etmək istəyirlər, amma heç kim Qalatasarayı məhv edə bilməz. Xəbər hazırlayarkən hər kəs diqqətli olmalıdır. “Qalatasaray” vahid bir bütövdür”.

Dursun Özbek açıqlamalarını ruhlandırıcı sözlərlə yekunlaşdırıb: “Heç kim narahat olmasın. “Qalatasaray” mövsümün sonunda məqsədlərinə çatacaq və azarkeşlərini sevindirəcək”.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11