Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qadın güləşi üzrə milli komandaların məşqçilər heyətində yeni təyinatlar baş tutub.
Çoxqat dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Mariya Stadnik qadın güləşi üzrə U-17 və U-15 yaş qruplarından ibarət milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib. Bu yaş qrupları üzrə məşqçilər heyətində həmçinin Rövşən Umudov və Solmaz Adilova yer alıblar. Digər yaş qrupları üzrə məşqçilər heyəti isə aşağıdakı kimi formalaşıb.
Toğrul Əsgərov böyüklər və U-23 yığması ilə yanaşı, U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirməyə davam edəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.
Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.