Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən “Qəbələ” – “Turan” oyunu hava şəraiti üzündən təxirə salınıb. Oyunun 23-cü dəqiqəsində stadiona çökən duman meydanı tamamilə görünməz hala saldığından hakim Tural Qurbanov oyunçuları paltardəyişmə otağına göndərib. Bundan sonra matç bərpa olunmayıb.