Premyer Liqanın üçüncü turu “Sportkritik”in baxış bucağında

01.09.25 | 14:17
Ölkə futbolu

Turun ən böyük sensasiyası heç şübhəsiz “İmişli” komandasından gəldi. Məhdud imkanlarına baxmayaraq mövsümün əvvəlində qollarını çırmalayıb heyət toplayan klub rəhbərliyinin Portuqaliyadan məşqçi gətirməsi bir az da ironiya ilə qarşılanmışdı. Lakin üçüncü tur arxada qalar-qalmaz həm azarkeşlər, həm də mütəxəssislər yanıldıqlarını düşünməyə başladılar. Premyer-Liqanın digər komandaları isə artıq “İmişli” ilə oyuna ehtiyatlı çıxmağa məcbur olacaqlar. Zarafat deyil, “Neftçi”dən bir xal alan, “Turan”a yalnız 99-cu dəqiqədə qol buraxaraq uduzan komanda bu dəfə səfərdə “Sabah”ı məğlub etdi. Komandanın özünəməxsus müdafiəyə meylli oyun üslubu var və bu oyunla hələ çoxlarına başağrısı olacaq.

“Sumqayıt” ardıcıl iki qələbədən sonra gözlənilmədən “Şamaxı” ilə oyunda xal itirdi. Düzdür, “Sumqayıt”ı hesabdan silmək tezdir. Komandanın həm təcrübəsi, həm də heyət potensialı yüksək yerlər üçün mübarizəyə imkan verir.

Hələlik 3 turdan sonra görünən odur ki, “Zirə” növbəti dəfə çempionata daha yaxşı hazırlaşıb və komandanın birinci sırada olması təsadüfi deyil. “Kəpəz”i darmadağın edən Rəşad Sadıqovun komandası “Qarabağ”ın əsas rəqibi olacaq. Legionerlər yaxşı formadadır, Sadıqov isə intizamlı və taktiki cəhətdən mütəşəkkil oynayan komanda yarada bilib.

Çempionatın digər iddialı komandası isə “Araz-Naxçıvan”dır. “Qəbələ” ilə oyunda bir az qorxaq oynasalar da, nəticə əldə etdilər və hələ ki, məğlubiyyətsiz davam edirlər. Elmar Baxşıyev də yaxşı kollektiv formalaşdıra bilib. Simakala, Andreade, Felipe çox yaxşı təsir bağışlayır. Onlara sıradan çıxmış Şarl Boli də qoşulduqda naxçıvanlılar ilk üçlükdə qərar tutmağa iddialı olacaq.  

Hələlik “Qəbələ” və “Kəpəz” zəif təsir bağışlayır. “Araz-Naxçıvan”la oyunda “Qəbələ” yalnız həvəslə qaçan, entuziazma bel bağlayan yeni komanda obrazında idi. Oyunun ikinci hissəsində Naxçıvan komandası ehtiyatlı oynaşsa da, Kaxaber Tsxadadze rəqibə heç nə təklif edə bilmədi.

“Kəpəz” isə şanlı tarixinə baxmayaraq “Zirə”yə 0:5 hesabı ilə udaraq ölkə çempionatları tarixində ən çox məğlubiyyət alan komanda adını qazandı. Vaxtilə ölkənin ən güclülərindən olan “Kəpəz” 685-ci oyunda 250 dəfə məğlub olub. Komanda bu mövsüm də elitada qalmaq üçün mübarizə aparacaq.

3-cü tur

“Sabah” – “İmişli” – 0:1

“Karvan” – “Qarabağ” – 0:2 

“Neftçi” – “Turan Tovuz” – 0:1

“Sumqayıt” – “Şamaxı” – 1:1

“Araz-Naxçıvan” – “Qəbələ” – 2:1 

“Zirə” – “Kəpəz” 5:0

Turnir cədvəli, 3-cü tur

Paylaş:

Xəbər Lenti

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48