Premyer Liqada 16 illik həsrət bitdi: İkinci yerli het-trik!

13.04.26 | 13:23
Ölkə futbolu

Premyer Liqanın 27-ci turu çərçivəsində baş tutan “Karvan” – “Kəpəz” qarşılaşması (4:1) Azərbaycan futbol tarixinin maraqlı statistik göstəricilərini yeniləyib. Paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşan matç həm yerli futbolçuların məhsuldarlığı, həm də Gəncə klubunun yubileyi ilə diqqət çəkib.

Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına əsasən, Yevlax təmsilçisinin heyətində çıxış edən Rauf Rüstəmli bu turda üç qolla yadda qalaraq cari mövsümün 4-cü het-trikinə imza atıb. Qeyd edək ki, cari çempionatda daha əvvəl Toral Bayramov, Kamilo Duran (hər ikisi “Qarabağ”) və Domi Massumo (“Qəbələ”) bir oyunda üç qol vurmağı bacarmışdılar.

Rauf Rüstəmlinin bu performansı həm də tarixi bir antirekordun qırılması deməkdir. Belə ki, Rauf Toral Bayramovdan sonra mövsüm ərzində het-trik edən ikinci azərbaycanlı futbolçu oldu. Bununla da son 16 ildə ilk dəfə bir mövsüm ərzində birdən çox yerli oyunçunun het-trik etməsi faktı qeydə alındı. Sonuncu dəfə analoji hal 2009/10 mövsümündə Samir Musayev, Nadir Nəbiyev və Fərid Quliyev tərəfindən reallaşdırılmışdı.

Məğlubiyyətə baxmayaraq, bu oyun “Kəpəz” klubu üçün yubiley xarakteri daşıyıb. Gəncə təmsilçisi ölkə çempionatlarının yüksək liqasında 350-ci səfər oyununu keçirib. Hazırkı statistikaya əsasən, klub bu oyunların 100-də qələbə qazanıb, 86-da heç-heçə edib və 164 matçda meydanı məğlub tərk edib (top fərqi – 393:538).

“Kəpəz” Azərbaycan futbolu tarixində 350 səfər oyunu limitinə çatan 4-cü klubdur. Siyahıda daha çox səfər matçı keçirən komandalar isə yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”dır.

Paylaş:

Xəbər Lenti

FİFA-dan bilet şoku: qiymətlər astronomik həddə çatdı!

13.04.26 | 15:17

Avropa çempionatında üç şahmatçımız liderlər qrupunda qərarlaşıb

13.04.26 | 14:36

Portimao-2024: Ölkəmizin batut və tamblinq gimnastikasında tarixi sıçrayışı

13.04.26 | 14:55

Ozobiçdən tarixi nailiyyət: Kvaratsxeliyanın 71 qolluq rekordu yeniləndi

13.04.26 | 14:17

Basketbolçumuz ÇL-in “rəmzi beşliyi”nə düşüb

13.04.26 | 14:14

“Sabah”ın 350-ci qolu: İqor Noqeyra tarixə düşdü

13.04.26 | 13:59

Premyer Liqada 16 illik həsrət bitdi: İkinci yerli het-trik!

13.04.26 | 13:23

“Bazel”də yanğın: Liderlə oyun təxirə salındı

12.04.26 | 22:41

Saşa İliç: “Beskorovaynıy ilə münaqişə xəbəri feykdır”

12.04.26 | 22:41

Kurban Berdıyev: “Hər şey Allahın əlindədir, bizim üçün ən vacibi növbəti oyundur”

12.04.26 | 22:03

“Turan” Tovuza qayıdışı qələbə ilə qeyd etdi

12.04.26 | 19:47

Kaxaber Tsxadadze: “Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik”

12.04.26 | 19:51

Jorje Kaşkilya: “0:7 gözləyənlərə cavabımız budur!”

12.04.26 | 19:16

“Qəbələ”dən sönük oyun və məğlubiyyət

12.04.26 | 15:01

“Sabah”ın Çempionlar Liqasını qələbə ilə başa vurdu

12.04.26 | 15:53

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20